Haqqımızda

“KOZA” dəvətnamə mağazası 2003-cü ildə fəaliyyətə başlayaraq ölkədə ilk ixtisaslaşmış dəvətnamə və açıqca satış mərkəzinə çevrilmişdir. Yüksək keyfiyyəti ilə və orijinal dizayn üsulları ilə istehsal etdiyi məhsullar tez bir zamanda müştərilərin çox böyük rəğbətini qazandı. Məhsullarımız – dəvətnamələr, açıqcalar, təbrik kartları əsasən toy məclisləri, şənliklər, ad günləri, açılışlar, təbriklər üçün nəzərdə tutulur. Hədəfimiz yüksək keyfiyyət və orijinal dizaynlı məhsul yaratmaqla yanaşı, müştərilərə ən yüksək səviyyədə xidmət göstərməklə illər boyu qazanılmış imicimizi daha da artırmaqdır. Məqsədimiz daha çox məhsul çeşidləri istehsal etməklə, qiymətlərdə və xidmətlərimizdə müştərilərin məmnuniyyətini qazanmaqdır.

×